Bakı və Ankara arasında yeni müqavilə imzalanacaq

Noyabrın 13-də Ankarada Türkiyənin mədəniyyət naziri Mehmet Nuri Ersoyla Azərbaycanın mədəniyyət naziri Adil Kərimli arasında əməkdaşlığa dair müaqvilə imzalanacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə “Report”a Türkiyənin Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edək ki, Adil Kərimli Türkiyəyə səfəri çərçivəsində TÜRKSOY-un Ankaradakı Baş Qərargahında təşkil olunan “Şuşa rəssamları” sərgisində də iştirak edəcək.

Həmin gün “Şuşa-2023 – Türk Dünyası Mədəniyyət Paytaxtı” ili çərçivəsində Şuşa Mədəniyyət Günləri təşkil olunacaq. Eyni zamanda, Türkiyə Prezident Administrasiyasının Simfonik Orkestrinin binasında Azərbaycan sənətkarlarının iştirakı ilə konsert olacaq.