
Türkiyə Rusiyadan qaz alışını artırmağa hazırdır, lakin şərti var.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Türkiyə nümayəndə heyəti ilə keçirilən danışıqlardan sonra jurnalistlərə bildirib.
“Türkiyə Rusiya qazının həcmini artırmağa hazırdır. Onlar alışları artırmaq istəyirlər. Lakin qazın kommersiya baxımından cəlbedici olması məsələsini gündəmə gətirirlər,” – deyə Novak qeyd edib.
Məlumata üçün qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Rusiya Türkiyəyə boru kəmərləri ilə qaz tədarükünü ötən ilin eyni dövrü ilə müqayisədə 16,4 faiz artıraraq 8,8 milyard kubmetrə çatdırıb. 2024-cü ilin yekunlarına görə isə Rusiya Türkiyəyə qaz ixracını 2,6 faiz artıraraq 21 milyard kubmetr səviyyəsinə yüksəldib.
Aysel Əliyeva
Globalinfo.az