Dmitry Peskov 900x555 1

Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşdə Türkiyədən S-400 hava hücumundan müdafiə raket sistemlərinin qaytarılması məsələsi gündəmdə olmayıb”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

O, bu barədə jurnalistlərin suallarını cavablandırıb.

Bundan əvvəl “Blumberq” agentliyi mənbələrə istinadən bildirib ki, Türkiyə Rusiyadan aldığı S-400 zenit-raket komplekslərini geri qaytarmaq niyyətindədir. Nəşrin məlumatına görə, məsələ Putin və Ərdoğan arasında Aşqabadda keçirilən son görüşdə müzakirə olunub.

Qeyd olunub ki, potensial razılaşma Ankaraya Vaşinqtonla münasibətləri yaxşılaşdırmağa  və tədarükü məhz Rusiya raket sistemi səbəbindən dayandırılan F-35 qırıcı təyyarələrinin alınmasına icazə almağa kömək edə bilər.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: