ca50e55e 8468 4e05 ac49 fa5fdc06dd5b

“Azərbaycan Televiziya və Radio  verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədovun efirdə səsləndirildiyi fikirlər maraqla qarşılanıb. 

Globalinfo.az xəbər verir ki, jurnalistin “bozqurd” işarəsi ilə bağlı sözləri sosial şəbəkələrin Türkiyə seqmentində sürətlə paylaşılmağa başlayıb.

Jurnalist, “Bozqurd” işarəsinin Türk millərinin simvolu olduğunu deyib.

“Hörmətli UEFA rəsmiləri,biz nə edək? Sizin simvolunuz budur ( xoruz nəzərdə tutulur), bizim isə bu (bozqurd nəzərdə tutulur). Bizim sizin “xoruzunuz”la işimiz yoxdur. Siz də bizim canavara barmaq uzatmayın”, – R.Məmmədov bildirib.

Onun sözləri sosial şəbəkələrin Türkiyə seqmentində çox bəyənilib və sürətlə yayılıb.

Xatırladaq ki, Türkiyə millisinin oyunçusu Merih Demirel AVRO-2024 çərçivəsində keçirilən Avstriya-Türkiyə maçında qələbə sevincini “bozqurd” işarəsi ilə göstərdiyi üçün 2 oyuna çıxmamaqla cöəzalandırılıb.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: