Türkiyə “Qızılalma”nın kütləvi istehsalına başlayır

Türkiyənin ilk döyüş pilotsuz təyyarəsi “Bayraqdar Qızılalma”nın bu il kütləvi istehsalına başlanılması planlaşdırılır.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “SavunmaSanayiST.com” X sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

Məlumata görə, “Qızılalma” manevr qabiliyyəti sayəsində hava-hava raketləri və AESA radarlarının inteqrasiyasından sonra hava döyüşlərində mühüm rol oynayacaq:

“Qızılalma” yer hədəflərini vurmaq üçün gövdədə sursat daşıya biləcək”.