Türkiyə prezidentliyinə namizədlərin yekun siyahısı – Ərdoğana qarşı etirazlar rədd edildi

Turkey’s President Recep Tayyip Erdogan listens to Russia’s President Vladimir Putin during their meeting on sidelines of the Conference on Interaction and Confidence Building Measures in Asia (CICA) summit, in Astana, Kazakhstan, Thursday, Oct. 13, 2022. (Vyacheslav Prokofyev, Sputnik, Kremlin Pool Photo via AP)

Türkiyənin Ali Seçki Qurumu Prezident Rəcəb Tayyib Ərdoğanın 14 may prezident seçkilərində namizədliyinə yönəlik etirazları səs çoxluğu ilə rədd edib.

Globalinfo.az xəbər verir ki, bu barədə qurumun rəhbəri Əhməd Yener mətbuta açıqlamasında deyib.

O bildirib ki, bugünki etiraz müraciətlərində Ərdoğanın namizəd ola bilməyəcəyi ilə bağlı fikirlər səslənib.

Ə.Yenerin sözlərinə görə, müraciətlər dəyərləndirilib, konstitusiyanın və seçki qanununun müvafiq maddələrinə uyğun olaraq müraciətlər səs çoxluğu ilə rədd edilib.

***

Türkiyənin Ali Seçki Şurası cümə axşamı ölkə prezidentliyinə namizədlərin yekun siyahısını təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə qurumun rəhbəri Ahmet Yener məlumat verib.

“Namizədlər barədə yekdil qərar qəbul edilib. Beləliklə, Kamal Kılıçdaroğlu, Məhərrəm İncə, Rəcəb Tayyib Ərdoğan və Sinan Oğanın prezidentliyə namizədlikləri təsdiq olunub”, – deyə Şura sədri bildirib.

Yener vurğulayıb ki, Şuraya daxil olan ərizə və etirazlara baxılarkən seçkilərin ləğvi ilə bağlı müraciətlər rədd edilib.

Qeyd edək ki, Türkiyə prezidenti seçkiləri mayın 14-də baş tutacaq.