Türkiyə öz hava məkanını Ermənistanın aviaşirkəti üçün bağladı: Təyyarənin İrəvana uçmasına imkan vermədi

Türkiyə hökuməti “Flyone Armenia” şirkətinə Avropaya uçuşlar üçün hava məkanını bağlayıb.

Globalinfo.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə şirkətin Direktorlar Şurasının sədri Aram Ananyan bildirib.

O əlavə edib ki, şirkət ləğv edilmiş reyslərin sərnişinlərinə vəziyyət barədə məlumat verəcək.

***

Fransadan Ermənistana uçan (Paris-İrəvan reysi) “FlyOne Ermənistan” şirkətinin təyyarəsi məcburən Kişinyov hava limanına eniş edib.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

“FlyOne Ermənistan” şirkəti isə Ermənistandan Avropaya uçuşlar üçün Türkiyənin hava məkanını bağladığını bildirib. Bu səbəbdən də Fransadan İrəvana uçan təyyarə şirkətin mərkəzi ofisinin yerləşdiyi Kişinyova məcburi eniş edib.

Qeyd edək ki, Türkiyənin “FlyOne Ermənistan” şirkətinin təyyarələri üçün hava məkanını hansı səbəbdən bağladığı açıqlanmır.