İsrailin Suriyadakı Əbu-Zuhur bazasına hücumu zamanı orada Türkiyə hərbçisi olmayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
“Suriyada və regionda sülh və sabitlik üçün İsrailin bu ehtiyatsız hücumlara son qoyması və beynəlxalq hüququn tələblərini yerinə yetirməsi son dərəcə vacibdir”, – məlumatda bildirilib.
Qeyd edək ki, bir qədər əvvəl sözügedən bazada 200 türk hərbçisinin ola biləcəyi haqda məlumat yayılmışdı.