İraqın şimalı və Suriyada həyata kaçirilən əməliyyatlar nəticəsində 57 terrorçu zərərsizləşdirilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.
“Qəhrəman əsgərlərimiz ən çətin ərazilərdə PKK-lı terrorçulardan xain hücumun və şəhidlərin qisasını almağa davam edir. Son 24 saatda zərərsizləşdirilən terrorçu sayı 57-ə çatdı. Əməliyyatlar davam edir”, – nazirliyin məlumatında qeyd olunur.
Əliyar Xəlil
Globalinfo.az