5 qollu dramatik matç: Türkiyə Kubokunun qalibi bəlli oldu

Türkiyə Kubokunun qalibi bəlli olub.

Globalinfo.az xəbər verir ki, 34 il sonra finalda ilk dəfə “Beşiktaş” və “Trabzonspor” üz-üzə gəlib.

Gərgin mübarizədə “qara qartallar” 3:2 hesabı ilə qalib gələrək kuboka yiyələniblər.

Qeyd edək ki, “Beşiktaş” klubu 11-ci dəfə Türkiyə Kubokunun sahibi olub.

“Trabzonspor” isə sonuncu dəfə 2019/20 mövsümündə bu mükafatı qazanıb.