owl detail 620 c493d16f561984599132bdb3813c1a37

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukrayna ilə Rusiya arasında davam edən münaqişənin tezliklə həll olunmasının İstanbul danışıqlarının əsas məqsədi olduğunu bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

“Danışıqların son məqsədi sülhə yol açacaq atəşkəsdir,” – deyə nazir danışıqların üçüncü raundu başlamazdan əvvəl verdiyi açıqlamada bildirib.

Fidan həmçinin qeyd edib ki, beynəlxalq ictimaiyyət tərəflər arasında baş tutmuş ilk iki raundun nəticələrini müsbət qiymətləndirir.

Qeyd edək ki, danışıqlar İstanbulun məşhur və tarixi məkanlarından biri olan, təhlükəsizlik tədbirləri ilə əhatələnmiş Çırağan sarayında keçirilir.

Görüş çərçivəsində Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski, Ukrayna tərəfinə isə ölkənin keçmiş müdafiə naziri, hazırda Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsini icra edən Rustem Umerov rəhbərlik edir.

Tahir Turan
Globalinfo.az

Paylaş: