Türkiyə-İran sərhədində növbə: Sürücülər günlərdir gözləyir

Türkiyə və İran sərhədində yük maşınlarının 10 kilometrlik növbəsi yaranıb.

Globalinfo.az xəbər verir ki, türk sürücülərin koordinasiyalı yoxlamadan keçirildiyi bildirilir.
Bəzi TIR sürücülərinin artıq günlərdir sərhəddə gözlədiyi qeyd olunur.
Məsələ ilə bağlı hər hansı rəsmi açıqlama verilməyib. Problemin nə olduğu da məlum deyil.