Türkiyə İsrail Prezidenti İshaq Hersoqun təyyarəsinin Bakıya səfər üçün ölkənin hava məkanından istifadə etməsinə icazə verməyib.
Globalinfo.az xəbər verir ki, bu məlumatı yüksəkvəzifəli rəsmi şəxslər “Hürriyet” qəzetinə təsdiqləyiblər.
Məlumata görə, Təl-Əviv Bakıda keçirilən COP29 iqlim sammitində iştirak üçün Türkiyə hava məkanından istifadə etmək istəyib, lakin Ankara buna qarşı çıxıb.
Qeyd edək ki, daha əvvəl İsrail mediası Hersoqun Azərbaycana səfərinin təhlükəsizlik baxımından təxirə salındığı yazmışdı.
Ötən gün isə Caliber.az İshaq Hersoqun Azərbaycana gəlməməsinin Türkiyənin İsrail Prezidentinin təyyarəsinin öz hava məkanından istifadəsinə qadağa qoyması ilə əlaqə olduğunu açıqlamışdı.
Əliyar Xəlil
Globalinfo.az