“Türkiyə hər zaman Azərbaycanın yanındadır” – Nazir

Türkiyə hər zaman Azərbaycanın haqlı mübarizəsində yanındadır.

Gobalinfo.az APA-ya istinadən  xəbər verir ki,  bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildiri

O qeyd edib ki, ölkəsi Azərbaycanın keçirdiyi antiterror əməliyyatı və gün bütün Qarabağda şanlı Azərbaycan bayrağının dalğalanmasından böyük məmnunluq hissi duyur:

“Strateji müttəfiqliyimizi möhkəmləndirmək və əməkdaşlığımızı dərinləşdirmək üçün birgə səylərimiz uğurla davam edir. Xüsusilə müdafiə sənayesi və hərbi əməkdaşlıq sahələrində sarsılmaz həmrəyliyimizi daha yüksək səviyyələrə çatdırmaq üçün davamlı olaraq çalışırıq”.