Türkiyə Ermənistanda yerləşən Metsamor AES-in bağlanmasını tələb edir.
Globalinfo.az xəbər verir ki, bu gün Türkiyə Böyük Millət Məclisinin iclasında Beynəlxalq Atom Enerjisi Agentliyinə Metsamor AES ilə bağlı tədbir görülməsi tələbi ilə müraciət edilib.
Türkiyə buna səbəb kimi stansiyanın istismar müddətinin bitdiyi üçün risk yaratmasını göstərib.
Məsələ ilə bağlı Türkiyədə vətəndaşlar parlamentə şikayətlər ünvanlayıb.
Türkiyə Xarici İşlər Nazirliyi qeyd edib ki, MAQATE və Avropa Birliyi zavodun təhlükəsizlik statusunun müasir texniki standartlara cavab vermədiyini müəyyən edib.
Həmçinin stansiyanın sağlamlıqla bağlı mənfi təsirləri və Iğdırda meydana gələ biləcək radiasiyası fövqəladə hal kimi müəyyən edilib.