Simonyan Paşinyanın Ankara səfərini belə adlandırdı

“Nikol Paşinyanın Türkiyəyə səfəri Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminin əsas hadisələrindən biri olub”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

Simonyan iddia edib ki, baş nazirin səfəri kifayət qədər yaxşı keçib, guya o, diqqət mərkəzində olub:

“Münasibətləri tənzimləmək üçün tarixi imkan yaranıb. “Nemesis” abidəsinin qoyulmasını mən də yanlış hesab edirəm. Bu, dövlət siyasətinin bir parçası deyil və olmayacaq. Böyük tənqidlərə baxmayaraq, biz iki ölkə arasında münasibətlərin qaydaya salınmasına hazırıq”.

Qeyd edək ki, Ermənistanda “Nemesis” abidəsinin açılışı Türkiyədə böyük narazılığa səbəb olmuşdu.

Ayşən Mustafa
Globalinfo.az