
Məşhur türkiyəli müğənni Güllünün ölümü ilə bağlı aparılan istintaqda qızı Tuğyan Ülkem Gülter və dostu Sultan Nur Ulu da daxil olmaqla 4 nəfər saxlanılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Sabah” nəşri məlumat yayıb.
Nəşr yazır ki, təmizlənmiş kamera və səs yazıları Güllünün mübahisədən sonra pəncərədən itələnərək öldürüldüyünü ortaya çıxarıb:
“Səs yazılarında Gülterin “indi səni atacağam” və ardınca “görüşənədək, bay bay” dediyi müəyyən edilib.
İstintaq məlumatlarına görə, spirtli içki qəbul etmiş Güllü hamama girdikdən sonra Gülter və dostu Ulu otağa keçərək pəncərəni açıblar. Ardınca “Malkara” adlı musiqini qoşublar. Hamamdan çıxan Güllü musiqini eşidib, otağa yönəlib. Bu zaman qızının ona “indi səni atacağam” dediyi və anası ilə mübahisə etdikdən sonra onu pəncərədən aşağı itələdiyi ortaya çıxıb”.
Ölüm hadisəsi ilə bağlı istintaqın davam etdiyi müddətdə hər iki şübhəlinin Gürcüstan vasitəsilə ölkəni tərk etməyə hazırlaşdığı müəyyən olunub.
Safura Bənnayeva
Globalinfo.az