Türkiyə parlamentində deputat telefonunu çəkiclə sındırdı – VİDEO

Türkiyədə CHP millət vəkili parlamentdə dezinformasiya və sosial media ilə bağlı qanun layihəsinə etiraz olaraq çıxışı zamanı çəkiclə smartfonu sındırıb.

Globalinfo.az bildirir ki, ana müxalifət Cümhuriyyət Xalq Partiyasının üzvü Burak Erbay təklif olunan qanun layihəsinin müzakirəsi zamanı parlamentdə çıxış edərkən çantadan çəkic çıxararaq mobil telefonunu sındırıb.