Türkiyə səfiri: “Prezidentimizi qarşılamaq üçün Zəngilandayıq”

Türkiyənin Azərbaycandakı səfiri Cahit Baxçı Zəngilandadır.

Globalinfo.az bildirir ki, “Report”un xəbərinə görə, o, bu barədə tviterdə yazıb.

“Azad Qarabağın ikinci aeroportu Zəngilan beynəlxalq hava limanının Prezident Rəcəb Tayyib Ərdoğanın da iştirakı ilə bu gün açılışı olacaq. Cənab Prezident və heyətini qarşılamaq üçün Qarabağdayıq”, – o bildirib.