Türkiyə MN: “Azərbaycan 2 il öncə bütün dünyaya gücünü göstərdi”

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib.

Globalinfo.az bildirir ki, Türkiyə MN-in “Twitter” hesabında paylaşdığı təbrikdə deyilir:

“Qəhrəman Azərbaycanımızın 8 Noyabr – Zəfər Günü qutlu olsun. 2 il öncə qəhrəman mübarizə ilə öz torpaqlarını işğaldan qurtaran və bütün dünyaya Azərbaycanın gücünü göstərən qardaşlarımızla kədərdə və sevincdə bir və bərabər olmağa davam edəcəyik”.

Türkiyə MN: Azərbaycan 2 il öncə bütün dünyaya gücünü göstərdi