MOSSAD-la gizli müharibə gedir – Türk haker

Məşhur türk haker qrupu “Ay Yıldız TİM” İsrailin milli kəşfiyyat agentliyi MOSSAD ilə gizli müharibə apardığını açıqlayıb. 

Globalinfo.az xəbər verir ki, xaker qrupu Qəzzaya hücuma görə MOSSAD-la artıq 4 gündür kibermübarizə içində oldunu bildirib.

Qeyd edək ki, 22 ildir fəaliyyət göstərdiyi bildirilən qrup dəfələrlə İsrailin nəzarətində olan bölgələrdə kəşfiyyat məlumatlarına çıxış əldə etməyi bacarıb, kiberhücumlar təşkil edib. Həmçinin Azərbaycanın Qarabağ bölgəsində keçirdiyi antiterror əməliyyatları zamanı da erməni saytları və müəssisələrinin elektron protallarına hücumlar təşkil edərək sıradan çıxarmağı bacarıblar.

Ayşən Mustafa
Globalinfo.az