Türk ordusunda yeni qadağa: Əsgərlər bundan sonra…

Türkiyə əsgərlərinin əməliyyat bölgəsində ağıllı mobil telefonlardan istifadə etməyi qadağan olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

“Əməliyyat sahələrində ağıllı telefon və kameralı telefonlardan istifadə qəti qadağandır. Sistemlərin və tətbiqlərin mənfi təsirləri ilə bağlı maarifləndirici təhsil verilir. Əmrləri yerinə yetirməyənlərə ciddi sanksiyalar tətbiq olunacaq”, – Türkiyə MN bildirib.

Əliyar Xəlil
Globalinfo.az