Xəbər verdiyimiz kimi, ötən gün Türk Aerokosmik Sənayesinin (TUŞAS) Ankaradakı baş qərargahına terror hücumu olub.
Globalinfo.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri hücumun arxasında dayanan Kürdüstan Fəhlə Partiyası (PKK) terror təşkilatının Suriya və İraqdakı mərkəzlərinə ağır zərbələr endirib.
Məlumata görə, Türkiyə Milli Kəşfiyyat Xidmətinin (MİT) öncədən müəyyən etdiyi nöqtələrə dağıdıcı avizahücumlar edilib. Ümumilikdə 32 hədəfin vurulduğu, çox sayda terrorçunun zərərsizləşdirildiyi bildirilir. Təşkilata aid bir sıra strateji obyeklər sıradan çıxarılıb. Həmçinin PKK-ya məxsus neft və qaz yataqlar hava hücumu nəticəsində partladılıb.
Suriya Milli Ordusunun da PKK-ya qarşı əməliyyatlara qoşulduğu qeyd edilir.
Qeyd edək ki, TUŞAS-a hücum nəticəsində 5 mülkü şəxsin öldüyü, 22-nin yaralandığı bildirilir. Kazanda keçirilən BRIKS sammitinə qatılan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın terror hücumu səbəbindən səfərini yarıda qoyaraq Ankara qayıdacağı açıqlanıb.
Ayşən Mustafa
Globalinfo.az