Türk ordusu daha 11 terrorçunu məhv etdi

“Fırat Kalkanı” və “Zeytin Dal” bölgələrinə hücum edən daha 11 PKK/YPG terrorçusu zərərsizləşdirilib. 

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlayıb.

“Bölgədə yeganə məqsədi qan tökmək olan PKK/YPG terrorçularına haqq etdikləri şəkildə müdaxilə etməyə davam edirik! Terrorçular qazdıqları səngərlərdə basdırılır”, – nazirlikdən bildirilib.