Türkiyə ordusu İraqın şimalında 9 PKK terrorçusunu aviazərbə ilə məhv edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Pəncə-Kilid Əməliyyatı bölgəsində aşkarlanan 9 PKK-çı zərərsizləşdirilib. Bölgədə bir nəfər də olsun terrorçu qalmayana qədər əməliyyatlarımız qətiyyətlə davam edəcək”, – deyə məlumatda qeyd edilir.