Türk ölkəsinin xarici işlər naziri Ermənistana gedir

Fevralın 17-18-də Qazaxıstan Respublikasının xarici işlər naziri Murat Nurtleu Ermənistana səfər edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan məlumat yayıb.

A.Badalyan bildiirb ki, martın 18-də Ermənistan Xarici İşlər Nazirliyində iki ölkənin XİN başçıları arasında görüş keçiriləcək.

Daha sonra nazirlər mətbuata bəyanatlarla çıxış edəcəklər.