Türk ölkəsinin prezidenti Ermənistana gedir

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev aprelin 15-də Ermənistana bir günlük rəsmi səfər edəcək. 

Globalinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mərbuat xidməti məlumat yayıb.

Səfər çərçivəsində o, Ermənistan Prezidenti Vaaqn Xaçaturyan və baş nazir Nikol Paşinyanla görüşəcək.