Türk ölkəsində seçkilər keçirilir: 67 namizəd…

Şimali Kipr Türk Respublikasında 18 bələdiyyə sədri, 220 bələdiyyə məclisi üzvü, 240 muxtar və 960 ağsaqqallar şurası üzvü yerləri üçün seçkilər keçirilir.

Globalinfo.az xəbər verir ki, yerli vaxtla saat 08.00-da başlayan seçkilər 20.00-da yekunlaşacaq.

Ölkə üzrə 768 seçki qutusunda səs verəcək seçicilər 6-sı qadın olmaqla 67 namizəd arasından 18 bələdiyyə sədrini seçəcək.

Ölkə üzrə 208 236 seçici qeydiyyatdadır.