Türk ölkəsində güclü zəlzələ: insanlar küçələrə çıxdı – VİDEO

Qırğızıstanın paytaxtı Bişkekdə güclü zəlzələ olub. 

Globalinfo.az xəbər verir ki, təkanlardan bir neçə dəqiqə əvvəl sakinlərin telefonuna 5,4 bal gücündə zəlzələ olacağı ilə bağlı xəbərdarlıq bildirişi gəlib.

Məlumata görə, zəlzələnin episentri Bişkekdən 186 km aralıda yerləşib.

Həmçinin Qazaxıstanın Almatı şəhərində 5,2 bal gücündə zəlzələ olduğu qeyd edilib.

Zəlzələ zamanı şəhərdə həyəcan siqnalı verilib, sakinlər küçələrə çıxıb.

Təkanlar Çində də hiss edilib.

Əliyar Xəlil
Globalinfo.az