Türk ölkəsində banka hücum: insanlar girov götürüldü – VİDEO

Qazaxıstanın paytaxtı Astanada banka silahla hücum edən şəxs yeddi nəfəri girov saxlayır.

Globalinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hazırda “Kaspi Bankda” insanları girov götürən şəxslə danışıqlar aparılır.

Xüsusi təyinatlılar hadisə yerindədirlər.

Qazaxıstan Daxili İşlər Nazirliyi artıq 4 girovun azad edildiyini açıqlayıb.

***

“Kaspi” bankına hücum edərək insanları girov götürən şəxs saxlanılıb.

Bütün girovlar azad edilib. Banka hücum edən şəxs saxlanılıb. Hücum zamanı heç kim xəsarət almayıb.