Ekzitpol nəticələrinə görə Qazaxıstanda Tokayev qalib gəlir – VİDEO – YENİLƏNİB

Bu gün Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilir.

Globalinfo.az bildirir ki, prezidentlik uğrunda 6 namizəd mübarizə aparır, onlardan biri də hazırkı ölkə başçısı Qasım-Jomart Tokayevdir.

Qeyd edək ki, seçki yerli vaxtla saat 07.00-da start götürüb.

***10:05

Bu gün Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkilərində yerli vaxtla 12:00-dək 38,55 faiz seçici fəallığı qeydə alınıb.

Paytaxtda səsvermədə iştirak edənlərin sayı 19,33 faiz, Almatı şəhərində 16,88 təşkil edir. İndiyədək səsvermədə seçici siyahılarına daxil olunmuş 11 milyon 950 min 485 seçicidən 4 milyon 607 minə qədəri iştirak edib.

***

Qazaxıstanda yerli vaxtla saat 18:00-a (Bakı vaxtı ilə 16:00) olan məlumata görə, növbədənkənar prezident seçkilərində seçicilərin 67,85 faizi iştirak edib.

***17:47

Qazaxıstandakı bütün seçki məntəqələri bağlanıb.

Qeyd olunub ki, səslərin hesablanması başlayıb. Seçici fəallığının ilkin yekunlarını ölkənin Mərkəzi Seçki Komissiyası 1 saat sonra açıqlayacağı gözlənilir.

***19:26

Qazaxıstanda keçirilən prezident seçkilərində seçici fəallığı, ilkin yekunlara görə, 69,43 faiz təşkil edib.

Bildirilib ki, ən yüksək fəallıq Jetısu vilayətində, ən aşağı isə Almatı şəhərində qeydə alınıb.

****

Qazaxıstanın hazırkı prezidenti Kasım-Jomart Tokayev seçkilərdə 82,45% səslə qalib gəlir.

Bunu “Açıq Cəmiyyət” Beynəlxalq Regional Araşdırmalar İnstitutunun bazar günü keçirdiyi “exit-poll”un nəticələri sübut edir.

“Qazaxıstan” teleradio korporasiyasının təşkil etdiyi onlayn sorğuya əsasən, Tokayev 82,45% səs toplayır.


Aqşin
Globalinfo.az