a0b83c02158860700787656275710022403

Türkmənistan Xarici İşlər Nazirliyi Vaşinqtonun bu ölkənin vətəndaşlarının ABŞ-a girişinə qismən qadağa qoymasına münasibət bildirib. 

Globalinfo.az xəbər verir ki, Türkmənistan XİN bu qərara görə narahatlığını ifadə edib.

Nazirlik Amerika tərəfinin qərarının anlaşılmazlığa səbəb olduğunu və Aşqabadla Vaşinqton arasında ikitərəfli əməkdaşlığın ruhuna uyğun gəlmədiyini bildirib:

“Beynəlxalq səviyyədə tanınmış neytrallıq statusuna malik olan Türkmənistan miqrasiya sahəsində bütün norma və qaydalara ciddi əməl edir. Ölkə BMT-nin beynəlxalq konvensiyalarını fəal şəkildə həyata keçirir, qaçqınlar və vətəndaşlığı olmayan şəxslərlə iş sahəsində liderlərdən biri hesab olunur. Bu cür tədbirlər adətən qəbul edən ölkənin qanunlarını pozan vətəndaşlara tətbiq edilir. Eyni zamanda, xaricə, o cümlədən ABŞ-a səfər edən Türkmənistan vətəndaşları yüksək səviyyədə qanunlara tabelik nümayiş etdirirlər. Biz bu qərarı tələsik və Türkmənistanla ABŞ-ın miqrasiya siyasəti sahəsində əməkdaşlığının müsbət dinamikasını əks etdirməyən qərar kimi qiymətləndiririk”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 12 ölkənin vətəndaşlarına Amerika Birləşmiş Ştatlarına daxil olmağı qadağan edən fərman imzalayıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: