Türk ölkələri bir dövlət kimi birləşsə, nə baş verər? – İqtisadçıdan heyrətamiz hesablama

“Türk dövlətlərinin iqtisadiyyatlarının ümumi real həcmi 4 milyard 948 milyon dollara çatıb”.

Globalinfo.az xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Vüqar Bayramov

Onun sözlərinə görə, hazırda türk ölkələrinin alıcılıq qabiliyyəti artıb:

“Alıcılıq qabiliyyəti pariteti nəzərə alınmaqda ÜDM-in həcmi Türkiyədə 3 milyard 573 milyon, Qazaxıstanda 604 milyon 551 min, Özbəkistanda 420 milyon, Azərbaycanda 189 milyon 800 min, Türkmənistanda 117 milyon 770 min, Qırğızıstanda isə 43 milyon 318 min dollar olub. Bu isə o deməkdir ki, əgər türk ölkələri vahid dövlət olsaydılar o zaman o alıcılıq qabiliyyəti pariteti nəzərə alınmaqda ÜDM-in həcminə görə dünyadan 7-ci ən böyük dövlət olardı.
Bütün bunlar fonunda isə, xüsusən son illər türk dövlətləri arasında əlaqələrin genişlənməsi və dərinləşməsi müşahidə olunur. 2021-ci əsr türk dövlətləri əsridir”.

Turan Rzayev
Globalinfo.az