Türkiyə maşınları Ermənistandan Azərbaycana keçəcək – Şarmazanov

Qarabağdakı humanitar böhran (?) fonunda Ermənistanda dəyərlər sistemində çöküş müşahidə edilir.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın keçmiş vitse-spikeri Eduard Şarmazanov deyib.

Onun sözlərinə görə, Ermənistan elitasında nə baş verdiyinə dair anlayış yoxdur. O, Ermənistanın hazırda üçüncü respublikanın xarabalıqlarında yaşadığını bildirib.

Şarmazanov hakimiyyətin Türkiyə-Azərbaycan proqramını məqsədyönlü şəkildə reallaşdırdığını iddia edib.

O, Ermənistanın tezliklə Türkiyə yük maşınları üçün keçid qapısına çevriləcəyini, ermənilərin isə öz torpaqlarında haqlarının məhdudlaşdırılacağını deyib.

Zaira Akifqızı
Globalinfo.az