Türk futbolçunun döyməsi erməniləri qorxuya saldı – FOTO

Futbol üzrə Almaniya Milli Komandasının keçmiş oyunçusu, 34 yaşlı məşhur türkiyəli futbolçu Mesut Özilin yeni döyməsi ciddi müzakirələrə səbəb olub. 

Globalinfo.az xəbər verir ki, futbolçunun yeni paylaşdığı fotoda bozqurd və osmanlı bayrağının simvolu sayılan 3 aypara döyməsi xüsusi diqqət çəkib.

Erməni ictimaiyyətində futbolçunun milliyyətçi olmasına, döymələrin mahiyyətinin də buna əsaslanması xüsusi vurğulanıb. Onun əvvəllər  alman milli komandasında çıxış etməsinə, bu ölkə daxilində çox sayda türk millətçisinin olmasına, onların “Bozqurdlar” altında təşkilatlanmasına diqqət çəkilir. Ermənilər bunu sanki “Almaniya üçün təhlükə” kimi qələmə verməyə çalışsalar da, sosial şəbəkə seqmentindəki paylaşımlardan döymənin məzmunu ilə bağlı narahatlıqlarını ifadə edilər. Bozqurd işarəsi və Osmanlı simvolunun onlar üçün xoş olmadığını əsas gətirirlər.

Erməni mətbuatı da xüsusilə üç ayparanın Osmanlının üç qitəyə – Asiya, Avropa və Afrikaya hökümranlığını simvolizə etdiyini vurğulayır. Futbolçunun millətçi baxışı və Türkiyə Prezidentilə səmimi münasibətini yenidən gündəmə gətirirlər.

Ayşən Mustafa
Globalinfo.az