Türk fermerin Azərbaycanı təbriki qürur verdi – VİDEO

Türkiyənin Marmara bölgəsinin Kırklareli kəndində yaşayan fermer Burak Tunçkol maraqlı addımı ilə diqqət çəkib. Belə ki, o, 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanı qeyri-adi üsulla təbrik edib.

Globalinfo.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Fermerə bu iş üçün təxminən dörd saat lazım olub.