Türk Evinə hücumun VİDEOSU

Nyu Yorkda Türkiyə Baş Konsulluğunun yerləşdiyi Türk Evinə hücumun görüntüləri yayılıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat verib.

Videoda qara paltarlı və qara papaqlı naməlum şəxsin pəncərələri qırdığı aydın görünür.

Qeyd edək ki, Türkiyədə prezident seçkisi üçün səsvermə məhz bu binada keçirilir.