Türk Dünyasının qardaşlarının yanında olacağına inanırıq – Ərdoğan

son dakika cumhurbaskani erdogan deprem konusunu gunluk siyasetin disinda tutalim pjkv

Türkiyə Şimali Kipr Türk Cümhuriyyətinin tanınması üçün səylərini artırmağa davam edəcək.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli jurnalistlərə müsahibəsində deyib.

O qeyd edib ki, Türkiyə ŞKTC-ni heç vaxt tək və kimsəsiz qoymayacaq.

“Türkiyə Cümhuriyyəti olaraq Kipr türklərinin hüquq və mənafelərini hər platformada müdafiə etmək bizim tarixi və insani məsuliyyətimizdir.

Biz bu məsuliyyəti yerinə yetirməkdə son dərəcə qərarlıyıq.

Türk Dünyasının bundan sonra da qardaşlarının (ŞKTC-nin) yanında olacağına inanırıq”, – o vurğulayıb.