trk

Türkiyənin İstanbul şəhərində “Yeni qlobal güc balansı: Türk dünyasının gələcəyini təyin edən (f)aktorlar” mövzusunda konfrans baş tutub.

Globalinfo.az xəbər verir ki, “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi, “Yeni Çağ” Media Qrupu, Azərbaycan Türkiyə Evi (ATEV) “Makro 2000” Şirkətlər Qrupu, “Mustafazade Group” və İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Birlik Topluluğunun birgə təşkilatçılığı ilə keçirilən konfransda türk dünyasının gələcəyi və Türk Dövlətləri Təşkilatının həyata keçirdiyi və gələcəkdə gerçəkləşdirilməsi planlaşdırılan layihələr müzakirə edilib.

07e2770f 0087 4fde 80a0 71803987953f scaled

Telejurnalist Turan Ədalətqızının aparıcılığı ilə başlayan konfransın iştirakçıları Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı bütün şəhidləri bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

53479670 e43f 474c a0d1 fe1fd64709eb scaled

Tədbirdə, əvvəlcə, Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Ərsin Tatar, Dünya Axısxa Türkləri Birliyinin sədri Ziyattin Kasanov, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Türk dünyasından məsul sədr müavini Kürşad Zorlu və ATEV sədri, millət vəkili Tənzilə Rüstəmxanlının təbrik mesajları səsləndirilib.

f7aef516 023d 478f 865d 3bd883413468 scaled

Tədbirin açılış çıxışını edən Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər vurğulayıb ki, Qarabağ zəfəri Türk Dünyası üçün yeni bir dövrün başlanğıcı olub.

41650b23 a665 45ef 8909 2341d214c612

O bildirib ki, 2020-ci ilə qədər müxtəlif məsələlər müzakirə olunsa da, bu gün Azərbaycan Prezidentinin “Bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz Türk dünyasıdır” çıxışı türk dünyası üçün yol xəritəsi rolunu oynayır:

“Biz hesab edirik ki, gənclər daha aktiv olmalıdır. Burada həm də medianın, QHT-lərin və xüsusilə gənclərin üzərinə ciddi bir missiya düşür. Biz türk dünyası – Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Azərbaycan, Şimali Kipr Türk Respublikası, Türkiyə və Türkmənistan nümayəndələri olaraq davamlı şəkildə bu cür tədbirlər keçirməliyik”.

eb6f7876 65ce 4ad9 b1fb f734168c1e2a

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının başqan vəkili Pərviz Məmmədzadə isə Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Vladimir Zelenskiyə qarşı olan münasibətləri arasındakı fərqə diqqət çəkərək bildirib ki, hazırkı qlobal güclərin dövlətlərə və insanlara münasibəti ilə türk dünyasının münasibəti arasında ciddi fərq mövcuddur.

963a2c73 8deb 4a2a 9ed8 05545524732e scaled

Beynəlxalq Türk Dilində Danışan Ölkələrin Jurnalistləri Dərnəyinin sədri, araşdırmaçı-yazar Güngör Yavuzaslan, doktorant, aktivist Rəşid Mustafazadə, İstanbul Jurnalistlər Federasiyasının prezidenti Adil Koçalan, “Worldtürk” telekanalı sahibi Adem Ərdağı, “Ulusal Kanal”ın aparıcısı Yeşim Əryılmaz, Turan Federasiyası İdarə Heyəti üzvü Hakan Seyidoğlu, gənc alim Anar Can Kıtay, Qazax Türkləri Mədəniyyət və Araşdırma Dərnəyinin Baş katibi Orhun Akdağ çıxış edərək türk dünyası birliyinin gücləndirilməsi, strateji ittifaqların genişləndirilməsi və birgə fəaliyyətin artırılması məsələləri barədə fikirlərini bölüşüblər.

eaf12518 26e4 4c84 a05b 7c7817970990 scaled
027a3f22 4449 4939 aae4 f2c96d767685 scaled
219ecc1f 41e2 42f7 aa04 28080e90d13e scaled
868c3843 d59e 493e 85f1 4209e0d75aa1 scaled
8d0d46ec aef3 4ddf b483 ec7c3f49d121
faf8ad3c 9b60 4058 88a5 40865c62eb1c scaled
80a2dfaf 9422 4351 b89b 277685745bf4 scaled
7089e16c 4a40 4519 8104 5e546f37d5a7 scaled

Tədbir daha sonra sual-cavab sessiyası ilə davam edib.

3ca7c733 60b1 4d5e ae87 8fb9e3a84aa8
0be8aa96 72ef 488d 8905 e366a71916cb
8462a4f8 0681 4cdb a9d3 97996cac18bb scaled
b2e6ae0f eff6 4146 98c9 ada6ba09495e

Paylaş: