turk dovletleri 12

“Türk Dövlətləri Təşkilatının (TDT) ortaq himinin ərsəyə gətirilməli üçün hazırlıq başlayıb”.

Globalinfo.az xəbər verir ki, bunu Türk Dövlətləri İncənət Universitetləri birliyinin sədri Erhan Özden deyib.

Onun sözlərinə görə, ortaq himin türk millətinin tarixindən ilham alınaraq xüsusi söz və melodiyalarla ərsəyə gətiriləcək:

“Himn TDT-yə üzv dövlətlərin xalqalarının hər birinin anlayacağı şəkildə hazırlanır. Bu himn milli duyğularımızı gücləndirəcək. Musiqinin birləşdirici gücü nümayiş olunacaq. Ortaq heyət qurulacaq və burada bir bəstəkar seçiləcək. Sözlər bütün türk xalqlarının başa düşəcəyi şəkildə müəyyənləşdiriləcək. Himn ortaq lüğətin istifadəyə verilməsindən daha tez ərsəyə gətiriləcək”.

Qeyd edək ki, daha öncə Türk Dövlətləri Təşkilatının ortaq əlifbası təsdiqlənmişdi.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: