Türk dövlətinə hücum başladı: TDT hərəkətə keçəcək – Mühüm qərar

6f15a815 ad5e 4013 a203 061b929c6825 1

BMT Şimali Kipri və Kipri danışıqlar masasına dəvət edib. Şimali Kipr Türk Respublikasının prezidenti Ərsin Tatar isə Kipr probleminin həlli üçün BMT baş katibinin vasitəçiliyi ilə görüşün keçiriləməsinə əsas olmadığını bildirib.

Sözügedən danışıqlar nəyə hesablanıb? Bu danışıqlar nəticəsində türk ölkəsinin varlığına son qoymaq istəyirlər? Bu yanaşma Kuzey Kıprısın Azərbaycanın təşkilatçılığı ilə Türk dünyasına yaxınlaşmasına, Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi qismində təmsilçiliyinə cavab ola bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elçin Xalidbəyli deyib ki, Şimali Kipr məsələsi Qərb siyasi dairələrinin riyakarlıqla yanaşdığı mövzulardan biridir:

“Vaxtilə Şimali Kipr və Kiprin yunan hissəsi ilə vahid dövlətin qurulması istiqamətində danışıqlar aparılırdı. Ancaq həmin vaxt Avropa İttifaqı çox ədalətsizcəsinə qərar verərək Kiprin yunan hissəsini bütövlükdə Kipr adası kimi Aİ-yə qəbul etdi. Bununla da Kipr problemini həll edib, bitirdiklərini hesab etdilər. Lakin Şimali Kipr türkləri qətiyyən geri çəkilmədilər. Öz mübarizələrini davam etdirdilər. Son dövrlərdə Şimali Kipr beynəlxalq qurumlarda təmsil olunmağa başlayıb. Xüsusilə də türk dövlətləri Şimali Kiprə xüsusi həssaslıq və diqqətlə yanaşır.

elcin

Elçin Xalidbəyli

Şimali Kipr Türk Respublikasının prezidenti Ərsin Tatarın Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünə qatılması Qərbdə çox ciddi narahatlıq doğurub. Onların riyakar qərarı böyük şübhə altına düşdü”.

Politoloqun sözlərinə görə, Qərb yaxşı anlayır ki, Şimali Kiprlə bağlı verilən ədalətsiz qərarın bir müddət sonra heç bir əhəmiyyəti qalmayacaq:

“Yenidən məsələni iki Kipr arasında danışıqlar mövzusuna çevirərək uzun müddətli problemin yaranmasına cəhd edirlər. Yəni Şimali Kipr Türk Respublikasının dövlət kimi fəaliyyət göstərməsi və öz mövqelərini möhkəmləndirməsinə qarşı atılan addımdır. Problemi həll edə bilmədikləri üçün vəziyyəti daha da çətinləşdirməyə çalışırlar. Türkiyə və ŞKTR-nın bu tələyə düşəcəyi inandırıcı deyil. Onsuz da Kiprin şimal hissəsində türk dövləti mövcuddur. O da Türk Dövlətləri Təşkilatında bir dövlət statusunda tanınmağa başlayıb. Yaxın vaxtlarda TDT tərəfindən ŞKTR-nin tanınması ilə bağlı bəyanatın verilməsi də gözləniləndir”.

Safura Bənnayeva
Globalinfo.az