1982-də Arıkanı öldürən terrorçu sərhədimizə gəldi – FOTO

1982-ci ildə Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkanı qətlə yetirən ASALA terror təşkilatının üzvü Hampiq Sasunyan “Vətən üçün Tavuş” hərəkatının İrəvana yürüş mitinqinə qoşulub.

Globalinfo.az xəbər verir ki, “Sputnik” onun yürüşə qatılması görüntülərini paylaşıb.

Qeyd edək ki, H.Sasunyan 1982-ci ildə “erməni soyqırımının intiqamını almaq” adı ilə türkiyəli diplomatı ABŞ-da öz avtomobilində qətlə yetirib. Qətlə görə 40 il ABŞ-da həbsdə qalıb, 2021-ci ildə şərti azadlığa buraxılıb, bundan sonra Ermənistana köçüb.

Ayşən Mustafa
Globalinfo.az