Globalinfo.az xəbər verir ki, onun sözlərinə görə, söhbət qazın Macarıstana ötürüldüyü kompressor stansiyasından gedir.
Bu kəmər Bolqarıstan və Serbiya ərazisindən keçərək Macarıstana qədər uzanır.
Vuçiç bildirib ki, dünyada baş verən gərginlik və mümkün hücum riskləri səbəbindən strateji enerji infrastrukturunun təhlükəsizliyi xüsusi nəzarətə götürülür.
“Dünyada baş verən ümumi çılğınlıq fonunda müxtəlif hücumların baş verməsi ehtimalı məni narahat edir. Buna görə də ordumuz birbaşa şəkildə kompressor stansiyasının təhlükəsizliyini təmin edəcək”, – deyə Serbiya prezidenti vurğulayıb.
Əliyar Xəlil