Turistləri Titanikə aparan qayıq yoxa çıxdı: milyarder okeanda itdi

Britaniyalı milyarder və kəşfiyyatçı Hamiş Hardinqin Atlantik okeanında itən kiçik sualtı qayığın göyərtəsində olub.

Globalinfo.az xəbər verir ki, bu məlumat ailəsi tərəfindən təsdiqlənib.

Qeyd edək ki, “Titanik” gəmisinin qalıqlarına 8 günlük ekspedisiya üçün biletin qiyməti 250 min dollardır.

***

Atlantik okeanında sualtı qayıq itib.

Globalinfo.az verir ki, bu barədə ABŞ-ın Boston Sahil Mühafizəsindən məlumat verilib.

Bildirilib ki, sualtı qayıq turistləri “Titanik” gəmisinin qəzaya uğradığı yerə daşımaq məqsədilə istifadə olunur.

Qayıqda neçə nəfərin olduğu barədə məlumat verilməsə də, axtarış üçün əməliyyatın başladıldığı bildirilib.

Qeyd edək ki, kiçik sualtı qayıqlar vaxtaşırı olaraq turistləri “Titanik”in qalıqlarına baxmaq üçün aparır. Məşhur gəminin qalıqları Atlantik okeanının dibində 3800 m dərinlikdədir.