ce5384a7a3a0eced95ff37b56c3d9cc4

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə ölkəmizdə keçirilən “TurAz Qartalı-2022” birgə taktiki-uçuş təlimi başa çatıb.
Döyüş təyyarələrinin taktiki-texniki xüsusiyyətlərinin üstünlüklərindən istifadə etməklə uçuşlar həyata keçirən hərbi pilotlarımız qardaş ölkənin hərbi pilotları ilə birgə verilən tapşırıqları peşəkarlıqla yerinə yetiriblər.

Globalinfo.az-a Müdafiə Nazirliyindən verilən xəbərə görə, təlimdə plana uyğun olaraq şərti düşmənin hava və yer hədəfinin məhv edilməsi, kiçik və orta hündürlükdə çətin pilotaj və döyüş manevrləri, eləcə də müxtəlif epizodlar üzrə digər tapşırıqlar icra olunub.

Hərbi pilotların təlimdə fəaliyyətləri təhlil edilərək təlim rəhbərləri tərəfindən yüksək qiymətləndirilib, iştirakçılara gələcək xidmətlərində uğurlar arzulanıb.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.

6d99d2ccfc8192c3ddc74e11955d30aa 4fe271af37691c600a4d675a825fa6b1 365a0b9660dfa98ca25fe170398c4598

8318035991aa9ff2f12fcb8452499cf8f603bdc4ee1f14f6c228c36e08fb10a2

a8799c9f01c94d3a1d318d65404a3f75 1

 

Paylaş: