202815 uzf6pakfhg

Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start verilib.

Globalinfo.az xəbər verir ki, günün ilk matçında “Kəpəz” “Turan Tovuz”la qarşılaşıb.

Görüş qonaqların qələbəsi ilə yekunlaşıb: – 3:0.

Bu nəticədən sonra xallarının sayını 7-yə yüksəldən “Turan Tovuz” hələlik çempionatın lideri olub. Xalsız olan Gəncə klubu sonuncu-10-cu sıradadır.

Günün digər matçında “Sumqayıt” “Səbail”lə qarşılaşır.

Qeyd edək ki, III turun “Şamaxı” – “Qarabağ” və “Zirə” – “Araz-Naxçıvan” qarşılaşmaları təxirə salınıb. Tura avqustun 18-də “Neftçi” – “Sabah” matçı ilə yekun vurulacaq.

Paylaş: