Tural Museyibova daha bir vəzifə verildi

“Liatris Holding”in baş direktorunun müavini, tanınmış telejurnalist Tural Müseyibov “News24.az” saytının baş redaktoru təyin olunub.

Globalinfo.az Demokrat.az-a istinadən xəbər verir ki, Tural Müseyibov holdinqin baş direktorunun müavini vəzifəsi ilə yanaşı “News24.az” saytına da rəhbərlik edəcək.

Məlumatı “Liatris Holding”dən də təsdiq ediblər.

Qeyd edək ki, “Liatris Holding”in rəhbəri, tanınmış iş xanımı Ruhi Əliyevadır.

“Liatris Holding”in tərkibində “News24.az” saytı ilə yanaşı, “MRH” reklam şirkəti, “Olay.az” və “Soz.az” media resursları fəaliyyət göstərir.