Tural Abbaslı seçki hazırlığına başladı: Qərargah yaradıldı

AĞ Partiya İdarə Heyətinin iclası keçirilib.

Partiyanın mətbuat xidmətindən Globalinfo.az-a bildirilib ki, iclasda partiyanın Seçki Qərargahının yaradılması məsələsi müzakirə olunub.

Müzakirələrdən sonra AĞ Partiya Mərkəzi Seçki Qərargahının yaradılması haqqında qərar qəbul olunub.

Qərargahın rəhbəri kimi partiyanın başqan müavini Kamran Məmmədli təsdiq edilib.

Seçki Qərargahının formalaşdırılması və iş planının tərtib olunması yeni təyin olunmuş sədrə həvalə olunub.

Kamran Məmmədli