Tunisdə hərbi helikopter qəzaya uğradı – Ölənlər var

Tunisə aid hərbi helikopter ölkənin şimalında Serrat burnu yaxınlığında qəzaya uğrayıb.

Globalinfo.az xarici mediaya istinadən xəbər verir ki, helikopter patrul missiyasını yerinə yetirərkən dənizə düşüb.

Təyyarədə dörd ekipaj üzvü olub. Onların ikisinin cəsədi, həmçinin helikopterin qalıqları sudan çıxarılıb.

Qeyd edək ki, dünən helikopterlə əlaqə kəsilmiş, axtarışlara başlanılmışdı.

Axtarışlar davam etdirilir.