Tümendə faciəli şəkildə ölən ata və oğulun yaxınları danışdı – VİDEO

Əslən azərbaycanlı olan Rusiya vətəndaşları faciəvi şəkildə ölüblər.

Belə ki, Rusiyanın Tümen vilayətinin Niaqan şəhərində Salyan rayonunun Qarabağlı kəndindən olan 55 yaşlı Kərimov Mahir və oğlu 29 yaşlı Nurəddin iyulun 19-da yanacaqdaşıyan sisternin boş çənində təmir işləri apararkən partlayış baş verib.

Hadisə nəticəsində Nurəddin hadisə yerində keçinib, ağır xəsarət alan ata isə iyulun 28-də müalicə aldığı xəstəxanada ölüb.

Oğlun nəşi iyulun 26-da Salyanda dəfn edilib. Mahir Kərimovun nəşinin avqustun 2-də gətiriləcəyi gözlənilir.

Globalinfo.az Baku.tv-nin daha ətraflı videosunu təqdim edir: